...

Azərbaycanda müasir tələblərə cavab verəcək "Kinematoqrafiya haqqında" yeni qanun qəbul ediləcək

Mədəniyyət Materials 7 Fevral 2014 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi hazırlanır. Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.

Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanır.

N.Cəfərov qeyd edib ki, Azərbaycanda kinematoqrafiya ilə bağlı qanun olsa da, hazırlanan qanun mahiyyəti və əhatə dairəsi etibarilə tamamilə yeni sənəd olacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti tərəfindən film və serialların çəkilməsinə böyük diqqət verilir. Bu məqsədlə maliyyə vəsaitləri ayrılır. Yeni qanun layihəsində kinofilmlərin və serialların çəkilməsi, onların qorunması, maliyyələşdirilməsi, kadr hazırlığı və s. kimi məsələlər yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti