...

Azərbaycan Dövlət Musiqili Teatrı yeni mükafatlar təsis edib

Mədəniyyət Materials 2 Oktyabr 2014 14:15 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümə yeni başlasada, artıq mövsüm sonuna maraqlı sürprizlər hazırlayır.
Azərbaycan Dövlət Musiqili Teatrı yeni mükafatlar təsis edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümə yeni başlasada, artıq mövsüm sonuna maraqlı sürprizlər hazırlayır.

Trend-in məlumatına görə, teatrda çalışan gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, əzmini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına yeni mükafat təsis edilib. Mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilər "İlin ən yaxşı gənc aktyoru" və "İlin ən yaxşı gənc aktrisası" nöminasiyaları üzrə mükafatlandırılacaq.

Bunda başqa, xalq artisti Afaq Bəşirqızı tərəfindən "Bəşir Səfəroğlu adına mükafat" da təsis edilib ki, bu da mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti