...

Bakı daha bir festivala ev sahibliyi edəcək

Mədəniyyət Materials 22 Oktyabr 2015 13:07 (UTC +04:00)
Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bakı daha bir festivala ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazilriyindən Trend-ə daxil olan məlumata görə, festival 25 oktyabr-3 noyabr tarixlərində baş tutacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaq.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli musiqiçilərin "Diana Krall", "Four Play", "Charles Lloyd", "Ntjam Rosie" qrupunun və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda Azərbaycanın tanınmış caz ifaçıları - Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab və Elçin Şirinov festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti