...

Bissaya Barretto Foundation-da Azərbaycan incəsənəti Mehriban Əfəndi tərəfindən təmsil edilir (FOTO)

Mədəniyyət Materials 8 Fevral 2016 14:00 (UTC +04:00)
Avropa fondu olan Bissaya Barretto Foundation yeni sərgi keçirir və Azrərbaycan incəsənəti rəssam Mehriban Əfəndi təəfindən təmsil edilir.
Bissaya Barretto Foundation-da Azərbaycan incəsənəti Mehriban Əfəndi tərəfindən təmsil edilir (FOTO)

Bakı. Trend:

Fevralın 11-də Portuqaliyanın ən böyük fondu Bissaya Barretto Foundationın sponsorluğu və təşkilatı sayəsində yeni möhtəşəm sərgi açılacaq. Trend-in məlumatına görə, 2010-cu ildə bu fondun sayəsində yaradılmış avropa Surrealism Now qrupu uğurlu sərgi və layihələr keçirərək geniş vüssət alıb və nəinki Avopada bütün dünyada məşhur olub. 6 illik fəalliyyətdən sona ilk dəfədir ki, Bissaya Baretto Fondu Portuqaliyada Coimbra şəhərində Particula Space qalereyasında həmişəki kimi Portuqaliyanın məşhur surrealist rəssamı Santiaqo Ribeironun kuratoluğu ilə bu dəfə 33 ölkə 70 rəssamın qatıldığı sərgi keçirir və Azərbaycan incəsənətini rəssam Mehriban Əfəndi təmsil edir.

Qeyd edək ki, FBB fondunun ilk sərgisi Bissaya Barretto Fondunun ev muzeyi və Sant Ana Convent məkanında 31 ölkə və 56 rəssamın iştirakı ilə keçirilib. Hazırda Amerikada Missisipi Universitetində sərgisini keşirən Surrealism Now qrupunun növbəti sərgisi Portugaliyada 2016 cı ildə Poros Muzeyində Condeixa -a-Novada keçiriləcək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti