...

Tərcümə Mərkəzi Minskdə Beynəlxalq Kitab Sərgisində iştirak edir

Mədəniyyət Materials 12 Fevral 2016 16:36
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Tərcümə Mərkəzi Minskdə Beynəlxalq Kitab Sərgisində iştirak edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, fevralın 12-də sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təqdimatı, həmçinin Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir baş tutub. Sərgi salonunun ümumi monitorunda Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, geniş mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Belarusdakı diaspor cəmiyyətinin nümayəndələri, Belarusun və Rusiyanın tanınımış yazıçı və naşirləri iştirak ediblər. Azərbaycan və Belarus dilində şeirlər səslənib, hər iki xalqın milli mahnı və rəqsləri nümayiş etdirilib.

Tədbirin sonunda Belarus İnformasiya Nazirliyinin "Zvezda" nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılıb, müqavilələr imzalanıb.

Fevralın 11-də Almaniya, Rusiya, Türkiyə, İsrail və s. kimi ölkələrin yazarlarının qatıldığı "Beynəlxalq ədəbiyyat simpoziumu" çərçivəsində təşkil olunmuş "Yazıçı və zaman" seminarında iştirak edən nümayəndə heyətimiz - Yaşar Əliyev və Etimad Başkeçid "Müasir dövrdə tərcümənin aktuallığı, ədəbi əlaqələrin inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti