...

CAR-da Beynəlxalq Balet Festivalında Azərbaycan uğurla təmsil olunub (FOTO)

Mədəniyyət Materials 3 Mart 2016 14:23 (UTC +04:00)
Сənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan uğurla təmsil olunub.
CAR-da Beynəlxalq Balet Festivalında Azərbaycan uğurla təmsil olunub (FOTO)

Bakı. Trend:

Сənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçirilən Beynəlxalq Balet Festivalında Azərbaycan uğurla təmsil olunub.

23-28 fevral tarixlərində CAR-ın Keyp-Taun şəhərində Cənubi Afrika Beynəlxalq Balet Festivalı keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Сənubi Afrika Respublikasındakı səfirliyindən məlumat verilib.

İki ildən bir təşkil olunan festivalda ölkəmizi Akademik Opera və Balet Teatrının artisti, balet truppasının aparıcı solisti Anar Mikayılov təmsil edib və müsabiqənin yekununda mükafatçılar sırasında yer alıb.

Festivalda baleronumuzun ifasında ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet olan, musiqisi və librettosu Əfrasiyab Bədəlbəyliyə aid "Qız Qalası", musiqisi Qara Qarayevə aid "Yeddi Gözəl" və Arif Məlikov tərəfindən bəstələnmiş "Məhəbbət əfsanəsi" baletlərindən parçalar nümayiş etdirilib.

Yarışmada Azərbaycan baletlərindən parçalar milli baleronumuzla yanaşı, Cohannesburg şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi və CAR-dakı Səfirliyimizin təşkilati dəstəyi ilə fəaliyyət göstərən "Yurd" rəqs ansamblının solistlərindən olan cənubi afrikalı Tatho Nkwenin ifasında da nümayiş etdirilib.

Qeyd edək ki, 16 ölkədən olan 70-dən çox balet ifaçısının qatıldığı festivalda ilk dəfə olaraq ölkəmiz təmsil olunub, milli musiqilərimiz səsələndirilib və təmsilçilərimizin iştirakı auditoriya və təcrübəli jüri heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Münsiflər heyətinin son dərəcə yüksək səviyyədə olması ilə seçilən bu ilki festivalda iştirakçıların çıxışları Xuilo Bokka, Karolina İura, Valentina Kozlova və Bricit Lefevr kimi dünya şöhrətli balet ustaları tərəfindən qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti