...

Teatr Türkiyəyə qastrol səfərinə yola düşür

Mədəniyyət Materials 1 Aprel 2016 09:09 (UTC +04:00)
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsinə uyğun olaraq 2016-cı ilin 04-24 aprel tarixlərində Türkiyə Cümhuriyyətinə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək.
Teatr Türkiyəyə qastrol səfərinə yola düşür

Bakı. Trend:

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının "Kültür və sanatta kardeşlik və candaşlıq" layihəsinə uyğun olaraq 2016-cı ilin 04-24 aprel tarixlərində Türkiyə Cümhuriyyətinə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Türkiyənin Iğdır, Kars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışlar planlaşdırılır. Teatrın qastrol səfərində "Soyqırımı tarixinin dastanı", "Nurlu ömrün dastanı", "Cümhuriyyətin ilk sədası" tamaşalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, 24 aprel 2016-cı il tarixində Bakıda Türkiyədən gələcək nümayəndə heyəti ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti