...

Azərbaycanın balet ustaları Qırğızıstanda çıxış edəcəklər

Mədəniyyət Materials 10 May 2016 16:27 (UTC +04:00)
Opera və Balet Teatrının sənətçiləri Qırğızıstanda çıxış edəcəklər.
Azərbaycanın balet ustaları Qırğızıstanda çıxış edəcəklər

Bakı. Trend:

Mayın 15-dən 21-dək A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında IV Beynəlxalq balet festivalı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivalda bir sıra ölkələrdən olan balet ustaları ilə yanaşı, Azərbaycan nümayəndələri də iştirak edəcəklər.

Respublikamızı bu festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri - Azərbaycanın xalq artisti Gülağası Mirzəyev və əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq qala-konsertdə Q.Qarayevin "Yeddi gözəl" və A.Adanın "Jizel" baletindən səhnələrlə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti