...

Aygün Kazımovanın yay konsertinə sayılı günlər qaldı

Mədəniyyət Materials 8 İyun 2016 18:36 (UTC +04:00)
Xalq artisti Aygün Kazımovanın möhtəşəm konsertinə 10 gün qalıb
Aygün Kazımovanın yay konsertinə sayılı günlər qaldı

Bakı. Trend:

Xalq artisti Aygün Kazımovanın möhtəşəm konsertinə günlər qalıb.

Trend-in məlumatına görə, yay mövsümünün açılışını edəcək A.Kazımovanın səhnədəki geyimləri artıq hazırlanmağa başlayıb. İfaçının geyimləri ilə isə peşəkar modelyer Gülya məşğul olacaq. Son açıqlamasında qapalı geyimlər mövsümünə son qoyduğunu söyləyən Kazımova səhnədəki geyimi ilə hər kəsin zövqünü oxşayacaq.

Eyni paltarın tamaşaçıların gözünü yoracağını düşünən "Diva" gecə ərzində müxtəlif geyimlərdə görünəcək. Səhnədə xalq artisti ilə birlikdə 10 peşəkar rəqqas çıxış edəcək. Kazımovanın müxtəlif ölkələrdəki rəqs qrupları, istifadə edəcəkləri kostyumları və quracaqları rəqsləri yolladıqdan sonra onların arasından ən fərqli və maraqlı komanda seçilərək iyunun 18-də Nabranda "El Faro istirahət mərkəzi"də çıxış edəcək.

"Aygün şou"nun aparıcısının da adı artıq açıqlanıb. Yayın ilk konsertinin aparıcısı isə "Lider" telekanalının əməkdaşı Lamiyə Ələkbərovadır.

Konsertdən sonra tamaşaçılar Dj Roşka ilə birlikdə səhərə qədər diskotekada əylənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti