...

Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib (FOTO)

Mədəniyyət Materials 9 Avqust 2016 09:46 (UTC +04:00)
Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımovun həyətyani torpaq sahəsində qədim tarixi olan küp qəbir aşkar edilib.
Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib (FOTO)

Bakı. Trend:

Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımovun həyətyani torpaq sahəsində qədim tarixi olan küp qəbir aşkar edilib.

Trend-in məlumatına görə, Küp qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları aşkarlanıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 santimetr diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu növ qəbirlərdə ilk dəfədir ki, rast gəlinir. Onun qənaətincə, tapılmış insan sümükləri 9-12 yaşlı qız uşağına aiddir.

Aşkar edilmiş maddi-mədəniyyət nümunələri araşdırılmaq məqsədilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti