...

Aygün Kazımova və Rəhim Rəhimli "Hər şey düzələr" dedi

Mədəniyyət Materials 18 Avqust 2016 17:34 (UTC +04:00)
Şou biznesin divasi Aygün Kazımova və superstar Rəhim Rəhimli birlikdə duet ifa edib.
Aygün Kazımova və Rəhim Rəhimli "Hər şey düzələr" dedi

Bakı. Trend:

Şou biznesin divasi Aygün Kazımova və superstar Rəhim Rəhimli birlikdə duet ifa edib.

Trend-in məlumatına görə, sənətçilər uzun illərdir dost olsalar da, bu cütlüyün ilk duetidir. Duet "Hər şey düzələr" adlanır. Mahnının musiqisi Rəhim Rəhimliyə, sözləri Azər Şirinə, aranjimanı Ramin Vəlibəyova, səs rejissoru və düzənləməsi isə İsmayıla məxsusdur. Mahnı bugündən eksklüziv olaraq Xəzər FM-də səslənəcək. Aygün Kazımova və Rəhim Rəhimli yeni duetlərini ilk dəfə avqust ayının 20-si "Dalğa beach"də baş tutacaq "Şou Aygün Rəhimli" adlı konsertlərində ifa edəcək. Konsertin dizayn işləri İboya məxsusdur.

 

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti