Bakı. Trend:
Xalq artisti Aygün Kazımova və Rəhim Rəhimli sözlərinə əməl edib uğurla keçən “Şou Aygün Rəhimli” adlı konsertlərini davam etdirir.
Trend-in məlumatına görə, bu dəfə Aygün Kazımova və Rəhim Rəhimli Qurban bayramı münasibətilə sevənləri üçün konsert təşkil edir.
Konsert sentyabr ayının 11-i Şamaxı şəhərində yerləşən “Şamaxı Palace”da baş tutacaq. Möhtəşəm şou saat 21:00-da başlayacaq.
Yayın ən unudulmaz şousuna imza atan ifaçılar bu dəfə payızın ilk konsertini təqdim edəcək.
Əvvəlki şoudan fərqli olaraq bu dəfə təqdim olunan konsert daha işıqlı, daha səs-küylü və daha dinamik olacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az