...

Filipp Kirkorovun Bakıdakı şousunun özəllikləri (FOTO)

Mədəniyyət Materials 3 Oktyabr 2016 14:45 (UTC +04:00)
Rusiyanın xalq artisti Filipp Kirkorov dünya turnesi çərçivəsində dekabrın 10-da “Mən” “Crystall Hall”da yeni şousunu təqdim edəcək.
Filipp Kirkorovun Bakıdakı şousunun özəllikləri  (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Rusiyanın xalq artisti Filipp Kirkorov dünya turnesi çərçivəsində dekabrın 10-da “Crystall Hall”da yeni “Mən” şousunu təqdim edəcək.

Trendd-in məlumatına görə, turne F.Kirkorovun 50 illik yubileyinə həsr olunub. Tamaşa təkcə Azərbaycan deyil, həm də dünya pop səhnəsi üçün misilsizdir.

Belə ki, şounun səhnə tərtibatçısı amerikalı xoreoqraf Toni Test olacaq. T.Test Maykl Cekson, Canet Cekson, Kayli Minoq kimi ulduzlarla işləyib. Aranjiman müəllifi və musiqi direktoru isə Lara Fabian, Conni Hollidey ilə çalışmış fransız İvan Kassardır.

Səhnədə Rusiyanın xalq rəssamı Valentin Yudaşkinin geyimlərindən istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti