...

Aparıcı Firuzə Cəlilovadan məşhur aktyora: Niyə “Qır qazanında yanacaqsan?” (FOTO)

Mədəniyyət Materials 18 Oktyabr 2016 09:43 (UTC +04:00)
Faiq Ağayevdən şok təklif: o hansı şərtlə 3 pərəstişkarını səhər yeməyinə dəvət etdi?
Aparıcı Firuzə Cəlilovadan məşhur aktyora: Niyə “Qır qazanında yanacaqsan?” (FOTO)

Bakı. Trend:

Aparıcı Firuzə Cəlilova məşhur aktyora niyə "Qır qazanında yanacaqsan" – dedi?

Faiq Ağayevdən şok təklif: o hansı şərtlə 3 pərəstişkarını səhər yeməyinə dəvət etdi?

Müşfiq Şahverdiyev canlı efirdə adını unutdu.

Bu intriqalı suallara oktyabrın 15-i və 16-sında sübh tezdən Xəzər TV-nin tamaşaçıları "Oyan Azərbaycan" verilişində cavab tapdılar.

Şənbə günü Səidə Sultan və Niyam Səlami proqramda əsil fırtına qopardılar. Xoş zarafatlar, əyləncəli viktorinalar, dinamik mahnılar bu səhəri bəzədi. Növbəti gün də qonaq-qaralı oldu.Tamaşaçılar müğənni Lətifə Soyuöz və aktyor Müşfiq Şahverdiyevdən pozitiv impulslar aldılar. "Tapmaca" rubrikasında "Qır qazanı" sözünü izah edə bilməyən aktyora aparıcı zarafatla "Sən ki, bunu edə bilmədin, elə qır qazanında yanacaqsan" – dedi. Bir qədər sonra isə "My name is İntiqam" filminin baş qəhrəmanı "intiqam" sözünü də tapmaqda aciz qaldı. Firuzə Cəlilova onu "Sən necə aktyorsan, yestlərlə heç nə izah edə bilmirsən, hətta adını belə tapmadın" – deyə yenə "iynələdi". Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları umidvarıq ki, hədəfinə çatdı.

Lamiyə Əliyevanın yeni rubrikasında hər həftə 3 açar şəhərin müxtəlif yerlərində gizlədiləcək. Onları tapıb Xəzər TV-yə gətirən üç nəfər şanslı tamaşaçı bu həftə xalq artisti Faiq Ağayevlə səhər yeməyi şansını qazanacaqlar. Üç "Ulduzlu açar" Musabəyov heykəlinin önündəki park, Yasamal parkı və Nazirlər Kabinetinin önündəki parkda artıq sahiblərini gözləyir. Tələsin, "cənab qızıl şlyager" Sizi gözləyir!!

Aysəba Umutlunun İndoneziyanın ölkəmizdəki səfiri ilə müsahibəsində maraqlı faktlar açıqlandı. Sən demə cənab Fananie həyat yoldaşını ailəsindən istəməyə birinci elə özü gedibmiş: "Bizim sevgimiz məktəb vaxtından başlayıb. Düzdür, 15 yaşında mən təhsilimlə bağlı uzaqlaşmalı oldum və biz bir-birimizdən ayrı düşdük. Ancaq Tanrı bizi yenə qovuşdurdu."

"Qəbulumuzdur" rubrikasında studiyaya olan çoxsaylı zəngləri ""Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev canlı cavablandırdı.

Küçə itlərinə qarşı qəddar rəftardan, Bakı küçələrində onların başına gətirilən qeyri-insani oyunlardan, bu məsələyə şəhər meriyası və onun əlaqədar strukturu olan "Sahibsiz heyvanlara qarşı mübarizə idarəsinin" fəaliyyəti, bəlkə də fəaliyyətsizliyindən Heydər Rəsulzadə söz açdı. Sonda verilən "Onlar da canlıdır, onları da Allah yaradıb və bizim kimi yaşamaq haqları var. Yəqin ki, bunu anlamayanların elə əzab verdikləri heyvanlardan insanlıq dərsi almağının zamanı yetişib" – mesajı isə cəmiyyətə ünvanlanan əsil "SOS" siqnalı idi.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti