...

Faiq Ağayevdən "Made in Azerbaijan" – yeni hitlər gəlir (VİDEO)

Mədəniyyət Materials 29 Noyabr 2016 18:30 (UTC +04:00)
Xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Made in Azerbaijan" adlı iki günlük konserti bir sıra maraqlı məqamlarla əlamətdar olacaq.
Faiq Ağayevdən "Made in Azerbaijan" – yeni hitlər gəlir (VİDEO)

Bakı. Trend:

Xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Made in Azerbaijan" adlı iki günlük konserti bir sıra maraqlı məqamlarla əlamətdar olacaq.

Trend-in məlumatıan görə, konsert öncəsi F.Ağayev sosial şəbəkələrdə yeni aranjimanda hitlərini paylaşıb: "Səni əvəz eləmir" (musiqi – Gülər Həsənova, söz – Sabir Rüstəmxanlı) və "Dönmə geri" (musiqi və söz – Gövhər Həsənzadə).

Bu mahnılar konsertdə təqdim olunacaq.

Konsert proqramında 20-dən çox kompozisiya təqdim ediləcək və tamaşaçılar onların arasında 90-cı illərin hitlərinin kaver-versiyalarını eşidəcəklər.

Xarici mütəxəssislərin üzərində işlədiyi səhnə dekorasiyaları parlaq video-illüstrasiya və qeyri-adi kompüter qrafikası ilə birlikdə LED-ekranlardan təşkil olunacaq. Artistin ifası zamanı monitorların özünəməxsus şousu bayram gecələrinə qeyri-adilik gətirəcək və yenilik olacaq.

Maraqlıdır ki, F.Ağayev Heydər Əliyev Sarayının səhnəsində üç ildir solo konsertlə çıxış etməyib. O, daha əvvəllər pərəstişkarları üçün başa çatmaqda olan ilin son günlərində ənənəvi musiqi bayramı təşkil edirdi. Məlum olduğu kimi, F.Ağayev dekabrın 29-da ad gününü qeyd edir və bu il onun 45 yaşı tamam olur. Üstəlik, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. "Made in Azerbaijan" konserti məhz bu əlamətdar tarixlərə həsr olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti