...

Faiq Ağayev: Gəlin, nağılları sevək

Mədəniyyət Materials 6 Dekabr 2016 21:10 (UTC +04:00)
Azərbaycanın xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Made in Azerbaijan" adlı iki günlük konserti bir sıra maraqlı məqamlarla əlamətdar olacaq.
Faiq Ağayev: Gəlin, nağılları sevək

Bakı. Trend:

Azərbaycanın xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Made in Azerbaijan" adlı iki günlük konserti bir sıra maraqlı məqamlarla əlamətdar olacaq.

Trend-in məlumatına görə, konsert öncəsi Faiq Ağayev sosial şəbəkələrdə bayram axşamına maraqlı tərzdə dəvət edir: "Sənət - nağıldır, xəbərlər buraxılışı deyil. Burda məhəbbət də daha möcüzəli, qəzəb-nifrət də daha kəskin, qəhrəmanlıq da daha əzəmətli, ağılsızlıq da daha qabarıqdır. Mən bu sənətə zövqlə, həvəslə, inandırıcı olaraq, məharətlə nağıllar danışmağa gəlmişəm. Gəlin, nağıları sevək! Çünki reallığımızı daha gözəl etmək üçün ən düzgün düstur, alət, təlimat və nümunədir nağıllar. Nağıllar olmasa, həyat çox rəngsiz, maraqsız ve darıxdırıcı olar. Növbəti nağılım - #FA_made_in_Azerbaycan 29-30 dekabr, Heydər Əliyev Sarayı".

Konsert proqramında 20-dən çox kompozisiya təqdim ediləcək və tamaşaçılar onların arasında 90-cı illərin hitlərinin kaver-versiyalarını eşidəcəklər.

Xarici mütəxəssislərin üzərində işlədiyi səhnə dekorasiyaları parlaq video-illüstrasiya və qeyri-adi kompüter qrafikası ilə birlikdə LED-ekranlardan təşkil olunacaq. Artistin ifası zamanı monitorların özünəməxsus şousu bayram gecələrinə qeyri-adi qavrayış gətirəcək və yenilik olacaq.

Maraqlıdır ki, F.Ağayev Heydər Əliyev Sarayının səhnəsində üç ildir solo konsertlə çıxış etməyib. O, daha əvvəl yaradıcılığının pərəstişkarları üçün başa çatmaqda olan ilin son günlərində ənənəvi musiqi bayramı təşkil edirdi. Məlum olduğu kimi, F.Ağayev dekabrın 29-da ad gününü qeyd edir və bu il onun 45 yaşı tamam olur. Üstəlik, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. "Made in Azerbaijan" konserti məhz bu əlamətdar tarixlərə həsr olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti