...

Aparıcı tamaşaçılarının görüşünə fərqli obrazda gəlir (FOTO)

Mədəniyyət Materials 6 Yanvar 2017 17:32 (UTC +04:00)
Yanvarın 7 və 8-də “Oyan, Azərbaycan” proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarının görüşünə fərqli obrazda gələcək.
Aparıcı tamaşaçılarının görüşünə fərqli obrazda gəlir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Yanvarın 7 və 8-də “Oyan, Azərbaycan” proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarının görüşünə fərqli obrazda gələcək.

Maraqlı həmsöhbətləri, musiqili sürpriz qonaqları və əyləncəli dəqiqələr, müxtəlif problemlərə dair müxbirlərin verdiyi SOS və “Düzələr” siqnalları, “Haqqım var” mesajı ümidvarıq hədəfinə çatacaq. Daha nələri biləcəksiniz:

- Xoruz ilində süfrəmizdə hansı yeməklərin olması məqsədəuyğundur?

- Ərəb mətbəxindən isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim Əs-Süleymi ilə birgə “Səfirlərə səfər” rubrikasında dadacaqsınız.

- Özlərini Şaxta baba və Qar qız kimi sınayan müxbirlərimizin küçədə başına gələnlər və peşəkar Şaxta babanın hekayətini də eşidəcəksiniz.

- “Uşaq nədir,fişəng nədir ?” –məsəlini hamımız bilirik. Amma bu günlərdə artıq ənənə halını alan və az qala bayramın rəmzinə çevrilən pirotexniki vasitələrdən istifadə hansı fəsadlara səbəb ola bilər? Bu vasitələr qadağan olunsa da, bəzi işbazlar qanunsuz yolla onları ölkəyə necə gətirir? Bunu “SOSium”da biləcəksiniz.

- İstehlak bazarını bürüyən saxta yuyucu vasitələrdən, onların orqanizmimizə vurduğu zərərdən “Haqqım var” rubruikasında agah olacaqsınız. Niyə bəzi yuyucu tozlar paltarda ləkəni aparmaq əvəzinə, əksinə onu keyfiyyətsiz hala gətirir? Azad İstehlakçılar Birliyinin sədru Eyyub Hüseynov Sədərəkdən kisələrlə alınan ucuz yuyucu tozların içinə yollara səpilən adi duzun qatılaraq, əhaliyə brend adı altında satıldığını iddia edir.

- Fərqanə Qasımova, Niyam Səlami, Səidə Sultan, Növrəsli qardaşları ilə əhvalınıza xoş ovqat qatmaq istəyirsinizsə, bu şənbə və bazar gözünüz “Oyan Azərbaycan”da olsun!

Qeyd edək ki, Trend.az, Day.az, Milli.az -ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcıları Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzova, rejissoru Sevinc Novruzova, koordinatoru Gülnar Məmmədovadır.

Foto dəstəyi "Bakupic Group"a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 -da efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti