Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Heydər Əliyev Azərbaycan ədəbiyyatının qabaqcıl ictimai fikrinin mühafizəçisi kimi Azərbaycan ədəbiyyatı tarixində şərəfli bir səhifə açmışdı.

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyası və bəşəri sivil dünyanın qüdrətli, heyrət və möcüzə təsiri bağışlayan, qeyri-adi şəxsiyyətidir. Yaradan ona hər bir üstünlüyü ərməğan etmişdi. Yaraşıqlı boy-buxun, təbəssüm və dahilik sintez edən sima, parlaq natiqlik məharəti, Tanrı fövqündə duran siyasi iradə, insanların qəlbinə yol tapmaq bacarığı, fövqəlbəşəri bir insan kimi demokratiyanın uca pillələrini kəşf edən, inkişafı ilə dünyanı heyrətfə qoyan Azərbaycanın lider oğlu! Azərbaycanın dünyaya, bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət! Onun Azərbaycana, xalqına, torpağına olan böyük sevgisi insanların qəlbində sevgi, məhəbbət doğururdu. O sevildi - dahi rəhbər kimi, baba kimi, ata kimi, qardaş kimi, oğul kimi, ağıl kimi. Bu sevgi göy üzündən gələn nura döndü, Azərbaycan adlanan qürura döndü. Asıldı Azərbaycanın başı üstündən, çıraq kimi işıqlandırdı yolumuzu.

Azərbaycan ədəbiyyatının inkişafı ilə əlaqədar gördüyü işlər, böyük işlər, heç nə ilə müqayisə olunmayan fədakarlıq Azərbaycan ədəbiyyatı tarixinin yaddaşına silinməz izlərlə həkk olunmuşdu.

XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələciyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə izah edən ulu öndər “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”, - deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah etmişdir.

Heydər Əliyev Azərbaycan ədəbiyyatına dair çox dərin, təfəkkürün dərin qatlarından keçə bilən elə fikirlər, elə dahiyanə təhlillər söyləmişdir ki, bəlkə bu fikirləri olduğu kimi ifadə etmək, izah etmək üçün söz tapmaq bizim qüvvəmiz xaricindədir.

Heydər Əliyev “Hüseyn Cavidin adı və irsi yaşayacaqdır”, “Sevil” operası yaşayır və yaşayacaqdır”, “Dünya korifeylərinin öncülü”, “Azərbaycan milli mətbuatının yaranmasının 125 ili”, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə”, “Nəriman Nərimanovun abidəsinin açılışı”, “Yeni binada ilk tamaşa – O olmasın, bu olsun”, “Görkəmli sənətkarın yubileyi” məruzə və çıxışlarında, xalq kütləsi ilə görüşlərindəki çıxışlarında insanı heyrətə gətirən cümlələr öz əksini tapmışdır.

Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür.

Bu illərdə Bakının görkəmli yerlərində Mikayıl Müşfiq, Hüseyn Cavid, Füzuli, Nəsimi, Cəfər Cabbarlı kimi yazarların heykəlləri qoyulmuş, Məhəmməd Füzulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədqiq və təbliğ olunmuşdur.

Xalqımızın mənəvi zənginləşməsində böyük xidməti olan yazıçı və şairlərimiz – Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Cabir Novruz və başqaları ən yüksək adlara və dövlət mükafatlarına layiq görülmüşdür.

Ulu öndərimizin “Yazıçıya, alimə, şairə, bəstəkara, rəssama mənəvi hörmət indi də var. Şəxsən məndə onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də belə qalacaqdır”, - deməsi ədəbi şəxsiyyətlərin yaradıcılığına, onların tarixi mövqeyinə obyektiv qiymət verir. Onun Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və “Hara gedir bu dünya” əsərləri haqqındakı düşüncələri bu baxımdan çox qiymətlidir.

Azərbaycan ziyalısını, görkəmli ədəbiyyat xadimlərini Sovet İttifaqının sərt rejimi dövründə də bir çox məhrumiyyətlərdən qorumağı bacaran Heydər Əliyev özü bir neçə faktı cəmiyyətə açıqlayır: “60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Təhlükəsizlik Nazirliyində işləyəndə mən onu qorumağı bacardım. Xəlil Rza Ulutürk də ən böyük dissident idi. Ancaq biz onları qoruyub saxladıq”.

Azərbaycanın ən böyük oğlu, ən böyük azərbaycanlı Heydər Əliyevin ruhu əbədiyyətə qovuşsa da, ruhu və bütünlüklə fəaliyyəti Azərbaycan adı ilə bağlanmış o böyük insanın artıq 1950-1960-cı illərdən başlayaraq respublikanın ədəbi-mədəni həyatı, o cümlədən ədəbi mühitin formalaşması və inkişafında həlledici təsiri tarixi faktdır, on illərlə burada real milli-mənəvi atmosferin yaranmasındakı rolu danılmazdır.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Heydər Əlirza oğlu Əliyevin dünyasını dəyişməsi ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyində qoyulmuş xatirə kitabında yazarlarımızın böyük məhəbbət və sevgi ilə yazılmış ürək sözləri insana istər-istəməz qürur hissi ilə bələnmiş bir kövrəklik gətirir. Düşünürsən ki, doğrudan da Onun iç dünyası ilə çöl dünyası bir-birini tarazlayıb, vəhdət təşkil edərək bütöv xarakterə çevrilib. Bu bütöv xarakter onu bəşəriləşdirib, onu qeyri-adi təhtəlşüura malik elə insana çevirib ki, bu təkrarsız insanın təcəssümünə həsr edilmiş çoxsaylı yazılar, xatirələr, filmlər nə qədər olsa da, yenə, dönə-dönə yazılacaq. Yenə də onun məziyyətləri haqqında deyilmiş sözlər, fikirlər qalacaq. Dünya durduqca o yaşayacaq, Dünya oğluna, Dünya balasına çevrilib bəşəriyyət tarixində, bəşəri hadisə kimi, Heydər Əliyev adlı planet olacaq, Azərbaycan Torpağının başı üstə əbədi məşələ dönərək işıq, nur paylayacaq.

Bilirəm ki, nə desəm, nə yazsam da, Heydər Əliyev adlı dünyanın bir damlasını da tədqid edə bilməmişəm.

Onu olduğu kimi görmək, olduğu kimi təsvir etmək, onun ömür yolunu tədqiq etmək elə dərinliyə aparır ki, dünyalıqdan çıxıb kainata üz tutursan. Yenə də istədiyin kimi uça bilmirsən, istər-istəməz bu duyğularla deyirsən ki, “bağışla məni, ey Heydər Əliyev dünyası, ey Heydər Əliyev kainatı, ey Heydər Əliyev qalaktikası, mən kiməm ki, səndən yaza biləm”. Elə bu hisslərin təsiri ilə yazdığım bu şeiri sənin ruhuna ərməğan edirəm.

ULU HEYDƏRİN MƏZARI ÖNÜNDƏ

Gəlmişəm, Ulu Heydər gəlmişəm,
Bu gəlişi
Dərdimə rəvac,
Qəlbimə əlac bilmişəm.
Gəlmişəm,
gəlmişəm məzarın önünə,
baş əyirəm dönə-dönə.
Elə kövrək, elə giley olmuşam,
Dolmuşam, yaman dolmuşam.
Dərdləşməyə,
dərd anlayan kimim yoxdur.
Ürəyim kaman telidir,
Qəm mizrabımı çəkmək üçün
Simim yoxdur.
Gəlmişəm məzarın üstünə,
Alovlana bilmirəm,
Boğuluram öz tüstümə.
Hönkürtümü cilovlayıb yığammıram.
Hıçqırığı boğammıram,
Təpə ollam, dağ olmuram.
Zorla elə,
Hönkürtümü qovub çölə.
Gizlədirəm göz yaşımı,
kipriklərin arasında,
ürəyimin yarasında.
Ulu Heydər!
Kədərimin ahından utanıram,
Mən sənin ruhundan utanıram.
Yalvarıram
göstər mənə çətinliklərdən
keçmək üçün,
“Dözüm” adlı yolu, Heydər!
Göstər sağı, solu, Heydər!
Haqq deyilən yolu, Heydər!
Elə heyrət, elə qüdrət, elə qüvvət timsalısan.
Göydən gələn elçilərtək,
Peyğəmbərlər misalısan.
Hərdən ağlım baş açmayır,
Sənə ölüm yaraşmayır.
Bu fikirdən darılıram.
Hər an səni sağ bilirəm.
Gen dünyaya sığammıram,
dar oluram.
Haqsızlığın qamçısıyla,
Dönə-dönə vuruluram.
Ölümünü qovalayıb
sənin yerinə ölürəm.
Günahımı anlamıram,
Günahımdan asılıram.
Xəcalətli səs oluram.
Çarmıxdayam İsa kimi,
Vəhylə dolu Musa kimi.
Anlamayan nə anlayar axı məni?
Axtarıram, Ulu Heydər,
hər an səni!
Axtarıram dayaq kimi,
Qaranlıqda yol göstərən mayak kimi.
Üz tutmuşam dərd anlayan məzarına,
Bilirəm ki, ruhun ilə,
Ruh verəcən yazarına.

Xəzangül Hüseynova (Xəzangül)

Azərbaycan Yazıçılar Birliyini Gəncə Bölməsinin sədri

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 6 875 turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
Bütün xəbərlər