...

Musiqili Teatrda sənəd qəbulu davam edir

Mədəniyyət Materials 1 May 2018 20:13 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.
Musiqili Teatrda sənəd qəbulu davam edir

Bakı. Trend:

Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Teatrdan Trend-ə verilən məlumata görə, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə söhbətində bildirib ki, belə müsabiqənin keçirilməsi çox vacibdir:

"Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı heyət, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq. Artıq teatr 108-cı mövsümünü başa vurmaq üzrədir. Biz teatrda yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəmizdən istifadə etməyə çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti