...

"Birlik" Xeyriyyə Təşkilatı uşaqlar üçün musiqili-əyləncəli tədbir təşkil edib (FOTO)

Mədəniyyət Materials 11 İyun 2018 16:53 (UTC +04:00)

Bakı. Trend:

“Birlik” Xeyriyyə Təşkilatı tərəfindən valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan, o cümlədən Qaradağ rayonundakı 6 saylı somatik sanatoriyada reabilitasiya və sanator-müalicə prosesi keçən, eləcə də daun sindromlu və müxtəlif uşaq evlərinin sakinləri olan uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

Tədbirə dövlətin uşaq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsində fəal iştirak edən digər QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar qatılıblar.

“Birlik” Xeyriyyə Təşkilatının üzvləri çıxış edərək uşaqlara dövlətimizin göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıblar. Valideynlər uşaqlara yaradılan şəraitə və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim yada salan, onların problemləri ilə maraqlanan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bədii hissədə tanınmış incəsənət ustalarının, o cümlədən populyar müğənnilər - Əməkdar Artist Ədalət Şükürov, Azad Şabanov, Sevda Yəhyayeva, Xəyyam Nisanov, Elçin Cəfərov, Samirə Əfəndiyeva, Murad Arif, Nərmin Kərimbəyova və Rauf Əhmədovun ifaları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.

Şən klounların, illüzionistlərin, animatorların çıxışları və müxtəlif fləşmoblar tədbirə xoş ovqat bəxş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti