...

Filip Kirkorov Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır (FOTO)

Mədəniyyət Materials 28 İyul 2018 17:06 (UTC +04:00)
Rusiyanın Xalq artisti Filip Kirkorov Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır
Filip Kirkorov Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır (FOTO)

Bakı. Vüqar İmanov, Cani Babayeva - Trend:

Rus estradasının kralı, Rusiyanın Xalq artisti Filip Kirkorov bu ilin sonunda Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu müğənni Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı çərçivəsində jurnalistlərlə görüşündə deyib.

F.Kirkorov bildirib: "Mən artıq üçüncü dəfədir ki, "Jara" Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Bu festival musiqi dünyasının möhtəşəm hadisəsidir. Bakıda öz ilk solo konsertimi heç vaxt unutmaram, iki il əvvəl Baku Crystall Hall-da məni tamaşaçılar hərarətlə qarşıladılar. Bu hissləri hər dəfə mən "Jara"nın səhnəsinə çıxanda keçirirəm. Burada geniş tamaşaçı kütləsi və gözəl mühit var".

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti