...

Regional mədəniyyət idarələrinə aid obyektlərdə yarım milyon manatlıq təmir işləri görüləcək

Mədəniyyət Materials 18 Sentyabr 2018 18:57 (UTC +04:00)
Azərbaycan Mədəniyyət Nazirliyinin 6 regional idarəsinə aid obyektlərdə təmir işləri görüləcək.
Regional mədəniyyət idarələrinə aid obyektlərdə yarım milyon manatlıq təmir işləri görüləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mədəniyyət Nazirliyinin 6 regional idarəsinə aid obyektlərdə təmir işləri görüləcək.

Trend-in məlumatına görə, işlər Şəmkir, Sabirabad, Bərdə, Kürdəmir rayon, həmçinin Sumqayıt və Gəncə şəhər Regional Mədəniyyət idarələrinə aid obyektlərdə aparılacaq.

Bir müddət əvvəl Mədəniyyət Nazirliyi tərəfindən təmir işləri ilə əlaqədar tenderlər elan edilmişdi. Ötən həftə infrastruktur işlərini həyata keçirən yerli inşaat firmalarından biri tenderlərin qalib olub.

Qeyd edək ki, həmin obyektlərdə təmir işləri yarım milyon manata yaxın vəsait tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti