...

Dünyanın ən cəld pianoçusu Bakıda konsert verəcək (VİDEO)

Mədəniyyət Materials 20 Noyabr 2018 20:06 (UTC +04:00)
Peter Bense noyabrın 24-də Bakı Konqres Mərkəzində "Awesome Piano" konserti ilə çıxış edəcək.
Dünyanın ən cəld pianoçusu Bakıda konsert verəcək (VİDEO)

Bakı. Trend:

Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bense noyabrın 24-də Bakı Konqres Mərkəzində "Awesome Piano" konserti ilə çıxış edəcək.

Təşkilatçıların Trend-ə verdiyi məlumata görə, Peter Bense öz mükəmməl ifası və heyrətamiz bacarığı ilə dinləyicilərə musiqi bayramı yaşadacaq. Bu gecə əyləncəli olduğu qədər də unudulmaz olacaq! Dünyaca məşhur hitlərin ifasından həzz almaq üçün təşrif buyurun.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.ticket.az saytından əldə edə bilərsiniz.

Biletlərin sifarişi üçün +99450/773549054

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti