...

"Golden People Awards" bu tarixdə keçiriləcək (FOTO)

Mədəniyyət Materials 26 Yanvar 2019 05:58 (UTC +04:00)
Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək.
"Golden People Awards" bu tarixdə keçiriləcək (FOTO)

Bakı. Trend:

Bir çox ulduzların maraq dairəsində olan «Golden People Awards» mükafatlandırma mərasimi martın 4-də, ABA Event Group şirkətinin təşkilatçılığı ilə "Boulevard Hotel Baku"da keçiriləcək.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələri, iş adamlarına, media, tibb, idman, ictimai xadimlər, elm xadimləri, influenserlər, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Tədbir saat 17:00-da başlayacaq ilk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Tədbir bitdikdən sonra mükaftçılar after party-də iştirak edəcəklər.Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simalarında iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

Mükafatlandırılma mərasiminə namizəd olmaq istəyənlər,

[email protected] mail adresi ilə müraciət edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti