...

Rusiyanın Böyük Teatrının quruluşçu baletmeysteri azərbaycanlılara dərs keçəcək

Mədəniyyət Materials 12 Aprel 2019 06:47 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət edib.
Rusiyanın Böyük Teatrının quruluşçu baletmeysteri azərbaycanlılara dərs keçəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət edib.

P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olub. 8 yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan "Sirano de Berjerak" baletinin tamaşasında iştirak edib. 1998-ci ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasını bitirmişdir (V.O.Mixaylovun sinfini). 2002-ci ildə MDXA institutunu "balet artisti", "pedaqoq-repetitor" ixtisası üzrə bitirib.

1998-ci ildən Böyük Teatrda çalışır.

MDA studiyasında (Tokio, Yaponiya) klassik rəqs sənəti üzrə silsilə ustad dərsləri keçirilib.

2005-ci ildən Moskvanın "Sfera" dramatik teatrı, 2011-ci ildən M.Qorki adına Moskva Bədii Akademik Teatrı ilə əməkdaşlıq edir, həmin teatrlarda baletmeysterlik fəaliyyəti ilə yanaşı, həm də artistlərlə plastika və xoreoqrafiya üzrə ustad dəsrləri keçirir.

2014-cü ildən Şepkin adına VTUda "rəqs" sənətini tədris edir.

Quruluşçu baletmeyster kimi P.Kazmiruk Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq balet tamaşasının quruluşunu həyata keçirib.

Aprelin 15-dən 26-na kimi olan müddətdə P.Kazmiruk truppa ilə ustad dərsləri keçirməklə yanaşı, eyni zamanda ayrı-ayrı solistlərlə onların müxtəlif rollarda ustalıqlarını artırmaq üzərində çalışacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti