...

İçərişəhərdə yay aylarında mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub (FOTO)

Mədəniyyət Materials 3 Mart 2020 12:11 (UTC +04:00)
Prezident İlham Əliyevin İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tədbirlər planı hazırlayıb.
İçərişəhərdə yay aylarında mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tədbirlər planı hazırlayıb.

Trend-in məlumatına görə, bunu idarənin aparat rəhbəri Riyad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

Aparat rəhbəri vurğulayıb ki, 20 illiyin qeyd olunması ilə əlaqədar həm ölkə daxilində, həm də ölkə xaricində İçərişəhərin tanıdılması ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi nəzərdə turulur.

O bildirib ki, aprel ayında xarici mütəxəssislərin iştirakı ilə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyininə həsr olunan konfrans keçiriləcək: "Bununla yanaşı, xarici muzeylərlə işlərimizi davam etdirəcəyik. Aprel ayında İstanbuldan Ağqoyunlu dövlətinə aid 17 eksponat gətiriləcək və ilin sonunadək sərgilənəcək. Bu ilin iyun ayında Parisdə UNESCO-nun mənzil-qərargahında İçərişəhərə aid sərgi, "Dastan" brendi nümayiş olunacaq. Bu tipli tədbirlər Britaniya, İtaliya və Brüsseldə də keçiriləcək. Həmçinin İçərişəhərdə yay aylarında mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

O qeyd edib ki, İdarə tərəfindən abidələrin bərpası və restavrasiyası istiqamətində böyük işlər görülüb:

"Hazırda Bakı Xanlar Evinin bərpa və restavrasiyası və ona yaxın ərazidə yeni parkın salınması prosesi gedir, yaxın zamanlarda park başa çatdırılaraq insanların istifadəsinə veriləcək".

R.Qasımov bildirib ki, İçərişəhərdə idarəetmə sistemi UNESCO və digər beynəlxalq təşkilatlar tərəfindən bəyənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti