...

Azərbaycanlı tələbələr Moskvada teatr festivalında iştirak edəcək (FOTO)

Mədəniyyət Materials 10 Mart 2020 11:54 (UTC +04:00)
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Martın 14-dən 19-dək Rusiya Teatr Sənəti İnstitutunda (QİTİS) MDB ölkələrinin “QİTİS-master-klass” adlı üçüncü teatr festivalı keçiriləcək
Azərbaycanlı tələbələr Moskvada teatr festivalında iştirak edəcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MDB ölkələrinin “QİTİS-master-klass” adlı üçüncü teatr festivalında Azərbaycanı təmsil edəcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Martın 14-dən 19-dək Rusiya Teatr Sənəti İnstitutunda (QİTİS) MDB ölkələrinin “QİTİS-master-klass” adlı üçüncü teatr festivalı keçiriləcək.

Festival məkanında MDB ölkələrinin teatr məktəbləri çıxış edəcəklər. Bakıdan olan tələbələr Sofoklun “Çar Edib” faciəsini nümayiş etdirəcəklər. Tamaşa martın 15-də QİTİS-in tədris teatrında göstəriləcək.

Bu festivalın məqsədi MDB ölkələri arasında mədəni əməkdaşlığı möhkəmlətmək və teatr təhsili sahəsində yeni əlaqələr yaratmaqdır. Birgə iş və tamaşaların göstərilməsi nəticəsində tələbələr təmsil etdikləri ölkələrin teatr məktəblərinin xüsusiyyətlərini təqdim edəcək, pedaqoqlar isə gələcək artist və rejissorların yetişdirilməsi üzrə təcrübə və ideya mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti