Vidadi Muradov: Məqsədimiz ölkəmizi təkcə xalça istehsalı deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir (FOTO)

Vidadi Muradov: Məqsədimiz ölkəmizi təkcə xalça istehsalı deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir (FOTO)

Bakı, Trend.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının ötən həftə bölgələrə səfəri zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının fəaliyyəti ilə tanış olması ölkə rəhbərinin bu sahəyə nə qədər böyük önəm verdiyinin parlaq təzahürüdür.

Trend “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradovun müsahibəsini təqdim edir.

-Vidadi müəllim, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin indiyədək neçə filialı yaradılıb və daha neçə filialın yaradılması nəzərdə tutulub?

- Əvvəla onu qeyd edim ki, qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı mühüm tarixi xidmətlərindən biridir. Ölkə rəhbəri belə tədbirləri həyata keçirməklə milli dəyərlərimizə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib, milli ənənələrlə müasirliyi birləşdirən mükəmməl bir dövlət modeli yaradıb. Bu sahənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də ayrıca qeyd olunmalıdır.

Sualınıza cavab olaraq bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın 20 rayonunda 21 filialı fəaliyyət göstərir. Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı bu filiallarda da olur, toxucularla görüşür, onların qayğı və problemləri ilə maraqlanır. İndiyədək ölkə rəhbəri “Azərxalça”nın 14 filialının fəaliyyəti ilə tanış olub. Təkcə ötən həftə dövlətimizin başçısı “Azərxalça”nın Goranboy, Qazax, Ağstafa və Tovuz filiallarının fəaliyyəti ilə tanış oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı yaradılacaqdır. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, gələcəkdə “Azərxalça”nın filiallarının sayının 31-ə çatdırılması nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət mərkəzindədir.

-Qeyd etdiniz ki, artıq 21 filial fəaliyyət göstərir. Bu filialların xammalla təmin olunması üçün mühüm tədbirlərin həyata keçirildiyindən xəbərdarıq. Yunəyirici-boyaq fabrikinin qurulması istiqamətində görülən işlər hansı mərhələdədir? Səhmdar cəmiyyətin filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq?

- Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyirici-boyaq fabrikinin tikintisi artıq başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Çin istehsalı olan avadanlıqlar quraşdırılır. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə birnövbəli iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsal gücü isə birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda, ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.

Yunəyirici-boyaq fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Ancaq Çin Xalq Respublikasında yayılan koronavirus bizim fabrikin qurulub başa çatdırılması prosesinə də təsirsiz ötüşmədi. Fabrikin yunun yuyulması sexinin avadanlıqları Yeni Zelandiya mənşəli Çin istehsalıdır. Ona görə də bu avadanlıqların Çin mütəxəssisləri tərəfindən quraşdırılması nəzərdə tutulmuşdu. Alternativ variantların axtarışı bu prosesi bir az ləngitdi. Hesab edirik ki, may ayının sonuna qədər fabrikin quraşdırılması prosesi başa çatdırılacaq və bu ilin ikinci yarısından xalça emalatxanalarında yerli xammaldan məhsul istehsalına başlanılacaqdır.

Yunəyrici-boyaq fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul ediləcək. Tədarük məntəqələrinin yerləşdiyi yer seçilərkən nəzərə alınıb ki, onlar ölkəmizin bütün bölgələrini əhatə etsin. Bu ilin may ayında fəaliyyətə başlayan regional məntəqələrdə yun tədarükünü davam etdiririk. Ötən il 300 ton yun tədarük olunub. Bu ildən regional məntəqələrdə boyaq bitkilərinin də qəbulu həyata keçiriləcəkdir.

-Vidadi müəllim, “Azərxalça”nın filiallarında indiyədək nə qədər xalça toxunub və istehsal olunan məhsulun satışının genişləndirilməsi istiqamətində hansı işlər görülür?

-Xalça istehsalı emalatxanalarında indiyədək 16 min 662 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri, təqribən 50 faizi satılıb. “Azərxalça”nın istehsalı olan məhsulların satışının intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından asılıdır. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra mütləq emal olunmalıdır. Yəni, xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalça ticarəti ilə məşğul olan şirkətlərin əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır.

"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan xalçası" brendinin dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Ötən dövr ərzində xarici xalça bazarları araşdırılıb, əllə toxunmuş xalça idxal edən ölkələrin bazar payı öyrənilib. Müəyyənləşdirilib ki, ABŞ, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, İtaliya, İsveçrə dünyanın xalça idxal edən ölkələri sırasında ilk yerləri tuturlar. Bundan başqa, Rusiyanın xalça bazarı haqqında marketinq araşdırması aparılıb. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünya bazarında ən çox əl əməyindən istifadə olunaraq toxunan xalçaların ənənəvi növlərinin satışına üstünlük verilir. Bu istiqamətdə işlər davam etdirilir.

“Azerbaijan carpet” brendinin xarici bazarlarda təşviqi üçün ardıcıl tədbirlər görülür. Azərbaycan xalçalarının təbliği, yeni toxunan xalçaların reklamı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edirik.

Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olmasına razılıq verildi. Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarıldı.

Ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

-Xalçaçılığın inkişafı ölkəmizə nə vəd edir?

-Əvvəla onu deyim ki, bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar cəmiyyətin istehsalı olan məhsulların “Azərbaycan xalçası” brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 31 xalça istehsalı emalatxanası yaradıldıqdan sonra 4650 toxucunun işlə təmin edilməsi nəzərdə tutulub. İnzibati-təsərrüfat işçiləri ilə birlikdə xalça istehsalı emalatxanalarında 5053 nəfər çalışacaqdır. Yunəyirici-boyaq fabrikində, tədarük məntəqələrində, gələcəkdə yaradılması nəzərdə tutulan Emal Mərkəzində fəaliyyət göstərəcək işçilərə birlikdə bu sahədə 6 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. Bu, ölkəmizdə məşğulluq probleminin həllinə mühüm dəstəkdir.

İlkin mərhələdə 31 emalatxanada il ərzində 39 min 60 kvadratmetr xalça toxunması nəzərdə tutulub. İstehsal olunan məhsulun 70 faizinin xarici bazarda, 30 faizinin daxili bazarda satılması planlaşdırılır.

Təbii boyadan istifadə edilməklə istehsal olunacaq iplikdən ildə 5 min kvadratmetr xalça toxunacaqdır. Belə xalçalar dünya bazarında daha baha qiymətə satılır. Gələcəkdə hədəf belə xalçaların istehsalını 10 min kvadratmetrə çatdırmaqdır.

Bu il istifadəyə verilməsi nəzərdə tutulan Yunəyirici-boyaq fabrikində iki adda məhsul – yuyulmuş yun və boyanmış yun iplik istehsal olunacaqdır. Burada ikinövbəli iş rejimində ildə 3000 ton çirkli yun emal edilməsi mümkündür. Xarici bazarlara ildə 50 ton xalça ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun ixracı planlaşdırılır.

“Azərxalça”nın qurulması prosesi başa çatdırıldıqdan sonra ilkin mərhələdə bu göstəricilərə nail olunacaqdır. Gələcəkdə səhmdar cəmiyyətin istehsalı və buna paralel olaraq gəlirləri daha da artacaqdır. Beləliklə, “Azərxalça” rentabelli işləyən müəssisəyə, xalçaçılıq isə ölkəmizə valyuta gətirən sənaye sahəsinə çevriləcəkdir.

Onu da qeyd edim ki, bizim məqsədimiz ölkəmizi təkcə xalça istehsalı mərkəzinə deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir. Azərbaycanın xalça istehsal edən ölkələrlə xalça idxal edən ölkələr arasında ticarət körpüsü rolunu oynamaq üçün geniş potensialı vardır. Ölkəmizin Şərqlə Qərbin qovuşuğunda yerləşməsi, minillik xalçaçılıq ənənələrinin mövcudluğu, geniş xalçaçılıq şəbəkəsinin yaradılması Azərbaycanın dünyanın xalça ticarəti mərkəzinə çevrilməsinə imkan verir. Bütün bunların reallaşdırılması xalçaçılığın qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi, ölkəmizin inkişafına mühüm töhfələr verməsinə gətirib çıxaracaqdır.

-Vidadi müəllim bilirik ki, “Azərxalça” əsasən ənənəvi çeşnilərlə xalça toxunmasına üstünlük verir. Müasir bazarın tələbi isə daha çox modern xalçalardır. Bu, istehsal olunan xalçaların satışına problem yaratmır?

-Xüsusilə qeyd etmək istəyirəm ki, “Azərxalça”nın fəaliyyətinin əsas istiqaməti birinci növbədə ənənəvi xalçaçılığımızı qorumaq və yaşatmaqdır. Çünki xalça bizim milli dəyərimizdir və biz bu dəyəri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik. Ümumilikdə, Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu təsnifat “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. “Azərxalça”nın filiallarında bu xalça qruplarının çeşniləri əsasında xalçalar toxunur. Sizin müasir bazarın tələbinin tamamilə modern xalçalar olması fikrinizlə razılaşmıram. Ənənəvi çeşnilər əsasında toxunan Azərbaycan xalçalarına keçmiş dövrlərdə olduğu kimi, bu gün də böyük tələbat vardır. Ancaq biz modern xalçalar istəyən müştəri kontingentini də Azərbaycan xalçaları almağa cəlb etmək üçün ənənəvi çeşnilərimiz əsasında modern çeşnilər hazırlayırıq. Yəni, “Azərxalça”nın filiallarında həm klassik, həm də modern xalçalar istehsal ediləcəkdir. Bu da imkan verəcək ki, toxunan xalçaların satış problemi olmasın.

-Hər hansısa bir sahənin dayanıqlı inkişafını təmin etmək üçün peşəkar kadr potensialı formalaşdırılmalıdır. Əgər bu sahə milli dəyərləri özündə ehtiva edirsə, o zaman varisliyin təmin olunması mütləqdir. Bu istiqamətdə görülən işlər, eləcə də gənclərin xalçaçılığa marağı barədə məlumat verərdiniz?

-Azərbaycan xalqı tarixən xalçaçılıqla məşğul olub. Xalça bizim məişətimizdə mühüm yer tutub. Ona görə də ilk baxışdan belə təəssürat yaranır ki, bizim xalçaçılıqla bağlı peşəkar kadr problemimiz olmamalıdır. Ancaq bu, bir həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalçaçılığın da diqqət və qayğıdan kənarda qalması insanların bu sənət sahəsinə marağını azaltmışdı. Peşəkar toxucular xalçaçılıqdan uzaqlaşmış, başqa sahələrlə məşğul olmağa başlamışdı. Gənclər isə demək olar ki, bu sənəti öyrənməyə həvəsli deyildi. İlk filialı yaradarkən düşünürdük ki, kadr potensialını formalaşdırmaq bir az çətin olacaq. Ancaq dövlətimizin xalçaçılığa göstərdiyi qayğı Azərbaycan xalqının daxilindəki xalça ruhu ilə birləşərək bu sənət sahəsinə ikinci həyat verdi. Uzun illər ərzində xalçaçılıq peşəsindən ayrılan qadınları yenidən bu sənət sahəsinə qaytara bildik. Xalçaçılıqla məşğul olmaq istəyən gənclərin sayı hər gün artmağa başladı. İndi bizim filiallarımızda çalışan toxucuların əksəriyyəti gənclərdir. Onların bu sənətin sirlərinə yiyələnməsi üçün tədris-hazırlıq kursları təşkil olunur. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyil edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlər təkcə peşəkar toxucu kadrların yetişdirilməsi ilə məhdudlaşmır. “Azərxalça”nın kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər kompleks xarakter daşıyır. Yaxın gələcəkdə peşəkar toxucularla yanaşı, peşəkar yun mütəxəssisləri, boyaqçılar, xalça bərpaçıları, xalça tacirləri də yetişəcək və bu sahənin uzunmüddətli perspektivdə sürətli inkişafı təmin ediləcəkdir.

"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Loading Bars
Xəbər lenti
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefaya gedib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
Bütün xəbərlər