...

Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Mədəniyyət Materials 29 Mart 2020 17:55 (UTC +04:00)
Filmlərin yayım və nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi qaydaları dəyişib.
Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Bakı. Trend:

Nazirlər Kabineti "Filmlərin yayım və nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi qaydalarında dəyişiklik edib.

Trend-in məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, “bütün tamaşaçı kateqoriyaları üçün, 14 yaşdan yuxarı olan tamaşaçılar üçün, 18 yaşdan yuxarı olan” sözləri “universal”, “6-”, “6+”, “12+”, “16+”, “18+” sözləri ilə əvəz edilib.

Bununla yanaşı, dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.

Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti