Bakı. Trend:
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində
“Muğam Marafonu” başlayıb
Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında
saat 12-dən başlayaraq sabah, yəni iyunun 25-i saat 12-yədək davam
edəcək.
Trend xəbər verir ki, 24 saat ərzində keçirilən layihənin hər
saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları
müşayiət edən heyətlə birgə muğam ifa edəcək.
Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25
elektron musiqiçi də çıxış edir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivsində təşkil
olunan “Muğam Marafonu” dinləyicilər üçün 1 gün ərzində dayanmadan
muğamın ecazkar dünyasına bir səyahətdir.