...

Cəmil Fərəcov vəfat etdi

Mədəniyyət Materials 1 Avqust 2023 19:07 (UTC +04:00)
Cəmil Fərəcov vəfat etdi

Bakı. Trend:

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, C.Fərəcov 3 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.

Kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmdə rejissor kimi imzası var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti