...

Beynəlxalq Muğam Mərkəzində “Ustad dərsi”nin ilk təqdimatı keçirildi (FOTO)

Mədəniyyət Materials 16 Fevral 2024 17:07 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Ustad dərsi”nin ilk təqdimatı keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 15-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində tar ifaçılıq sənəti ilə bağlı silsilə ustad dərslərinin birincisi keçirilib.

Trend xəbər verir ki, BMM-in direktoru Sahib Paşazadə iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən danışıb.

Bildirib ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ustad-şagird ənənələrinin qorunmasıdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.

Tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov muğam sənətinin məsuliyyət və diqqət tələb etdiyini deyib. Bildirib ki, bu qədim sənət əsrlərdən üzü bəri nəsildən-nəslə ustad-şagird ənənələri ilə ötürülür. O, layihə üzrə ilk ustad dərsinin ona həvalə olunmasından məmnunluğunu da dilə gətirib.

Daha sonra dərs Milli Konservatoriya nəzdində Musiqi Kolleci tələbələrinin iştirakı ilə davam edib. “Rast” muğamına həsr olunan dərsdə kollecin direktoru Nazim Kazımov çıxış edərək 57 il əvvəl Elxan Müzəffərovdan tar sənətinin sirlərini öyrəndiyini deyib, gənclərə bacardıqları qədər ustaddan ifaçılıq texnikalarını mənimsəməyi tövsiyə edib.

Ustad dərsində bir çox nadir ifa olunan guşələrin adı çəkilib, onların ifa xüsusiyyətləri izah olunub. Tanınmış tarzənlərin də qatıldığı tədbirdə muğam ifaçılığı, üslub xüsusiyyətləri, texnikasi, "Rast"ın şöbələrinin ifasında mizrab ştrixləri və bölgüləri, ifa zamanı sürət - pauza və s mövzularda diskussiya və ifa nümayişləri ilə yadda qaldı. Nəzəri məlumatlar əyani ifalarla diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti