...

UNESCO-da "Divanü Lüğət-it-Türk"ün 950 illiyinə həsr edilmiş konfrans keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 13 Dekabr 2024 14:28 (UTC +04:00)
UNESCO-da "Divanü Lüğət-it-Türk"ün 950 illiyinə həsr edilmiş konfrans keçirilib (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Fransanın paytaxtı Parisdə, UNESCO-nun Baş Qərargahında "Mətnçilikdə Dünyanın Xəritəsini Çəkmək: "Divanü Lüğət-it-Türk" əsərinin 950 illiyi münasibətilə" adlı beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.

Tədbir UNESCO-nun 2024-cü il Yubileylər Proqramı çərçivəsində görkəmli lüğətçi və filoloq Mahmud Kaşğarlının möhtəşəm əsərinin 950 illiyinə həsr olunub.

Konfrans Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dövlətlərinin əməkdaşlığı ilə təşkil edilib və tədbirə yüksək rütbəli rəsmilər və alimlər qatılıb.

Əsas məruzəçilər arasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raymkulova, UNESCO-nun Afrika Prioritetləri və Xarici Əlaqələr üzrə Baş direktor köməkçisi Firmin Matoko, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və digər şəxslər yer alıb.

Xəbər lenti

Xəbər lenti