...

Azay Quliyevin xeyrinə seçkidən çəkilənlərin sayı 3-ə çatdı

Seçki 2015 Materials 20 Oktyabr 2015 15:08 (UTC +04:00)
Rəqiblərindən Azay Quliyev etirafı...
Azay Quliyevin xeyrinə seçkidən çəkilənlərin sayı 3-ə çatdı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Rəqiblərindən Azay Quliyev etirafı...

Azay Quliyevin xeyrinə seçkidən çəkilənlərin sayı 3-ə çatdı

Kənan Eminbəyli: "Seçkidə Azay Quliyevin qələbəsi şübhə doğurmur"

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd - Kənan Eminbəyli kampaniyadan çəkildiyini bəyan edib. K.Eminbəyli bu qərarı seçkidə rəqibi Azay Quliyevin ən şanslı olması ilə əlaqələndirib.

Bununla bağlı K.Eminbəylinin yaydığı bəyanatda deyilir:
"Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ bəlli deyildi. O cümlədən, hörmətli millət vəkilimiz Azay Quliyev kimi güclü namizədlə seçkidə alternativ olacağımı gözləmirdim.

Azay Quliyev deputat kimi həm uğurlu fəaliyyəti olan, həm də ölkəmizi beynəlxalq qurumlar a ləyaqətlə, peşəkarlıqla təmsil edən millət vəkillərimizdəndir. Onun seçki təbliğat kampaniyası da çox uğurla, effektiv şəkildə aparılır. Seçicilərin Azay Quliyevə böyük rəğbəti açıqca hiss olunur. Bu səbəbdən, onun seçkidə qələbəsi şübhə doğurmur. Bu reallığı nəzərə alaraq, mən namizədliyimi geri götürürəm və mənə səs verəcək təəssübkeşlərimi, bütün seçiciləri, hörmətli Azay Quliyevə səs verməyə çağırıram"

K.Eminbəyli qeyd edib ki, Azay Quliyev uğurlu deputat fəaliyyətini 8 saylı Binəqədi Sçeki Dairəsində də davam etdirəcəyinə əmindir.

Xatırladaq ki, K.Eminbəylidən əvvəl sözügedən dairədən digər qeydə alınmış namizədlər - professor Qüdrət İsaqov və Babək Abdullayev də namizədliyini geri götürərək, seçiciləri ona səs verməyə çağırmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti