Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün bu gün günorta saatlarında Bakıya gəlib.
Trend Seçki-2015.az saytına istinadən məlumat verir ki, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.
Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, "İsrail - Bizim evimiz" partiyasının lideri, tanınmış siyasətçi A.Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.
Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.