Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Mərkəzçi Asiya-Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Trend Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu gün təşkilatın 10 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana gəlib. Missiyaya İndoneziya, Pakistan və Filippindən nümayəndələr daxildir.
CAPDİ-nin sədri, Filippin Nümayəndələr Palatasının keçmiş spikeri Xose De Venesia da bu missiyanın tərkibindədir.
CAPDİ-nin müşahidə missiyası parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirərək öz mövqeyini açıqlayacaq, bəyanatla çıxış edəcək.