Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
"Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq davam edəcək və seçkinin nəticələri bu münasibətlərə heç bir mənfi təsir göstərməyəcək. Əksinə, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək".
Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytının seçkilərdən sonra ikitərəfli münasibətlər barədə sualına cavab olaraq Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kaxa Abdaladze bildirib.
O, qeyd edib ki, Azərbaycan və Gürcüstan qardaş ölkələrdir: "Qarşılıqlı münasibətlərdə hər hansı dəyişiklikdən söhbət gedə bilməz. İki ölkə böyük müştərək layihələr həyata keçirir. Düşünürəm ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən sonra bu əlaqələr daha da möhkəmlənəcək, hər iki ölkənin inkişafında mühüm əhəmiyyətə malik işlər görüləcək".