...

Leonid Slutski: Okeanın o biri üzündən ATƏT DTİHB-a məsləhət görüblər ki, Azərbaycandakı seçkiləri izləməsinlər (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Seçki 2015 Materials 1 Noyabr 2015 08:33 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkisini müşahidə etməkdən imtinası həmin təşkilatın başqalarının gözündə çöp axtarmaq kimi qiymətləndiririk
Leonid Slutski: Okeanın o biri üzündən ATƏT DTİHB-a məsləhət görüblər ki, Azərbaycandakı seçkiləri izləməsinlər (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Yelena Kosolopova/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkisini müşahidə etməkdən imtinası həmin təşkilatın başqalarının gözündə çöp axtarmaq kimi qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Müşahidəçilər Missiyasının və Rusiya Dumasının Müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski deyib.

L.Slutskinin sözlərinə görə, beynəlxalq arenada Azərbaycan və Rusiyaya qarşı təzyiqlər artır.

L.Slutski sonra bildirib ki, seçkilər yaxşı təşkil olunub və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu çox yaxşı bilir: "Lakin okeanın o biri üzündən onlara məsləhət görüblər ki, Azərbaycandakı seçkiləri izləməyə gəlməsinlər. Çünki bilirdilər ki, neqativ hal olmayacaq. Onların seçkilərdən iştirakdan imtina etməsi onu göstərir ki, bu struktur artıq əhəmiyyətini itirib və başqalarının əlində oyuncağa çevrilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti