...

“Exit-poll” keçirən təşkilatın sədri: “Hər şey qaydasındadır”

Seçki 2015 Materials 1 Noyabr 2015 09:28 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkilərini birgə müşahidə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti artıq “exit poll” keçirdikləri məntəqələrdə fəaliyyətə başlayıblar. Bunu Trend-ə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov deyib.
“Exit-poll” keçirən təşkilatın sədri: “Hər şey qaydasındadır”

Azərbaycan, Bakı, 1 noyabr /Trend, Azər Niftiyev/

Azərbaycanda keçirilən parlament seçkilərini birgə müşahidə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti artıq "exit poll" keçirdikləri məntəqələrdə fəaliyyətə başlayıblar. Bunu Trend-ə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, rəhbəri olduğu qurum "Artur Filkenşteyn və Assosiasiya" şirkəti ilə birgə 1053 məntəqədə "exit poll" keçirir: ""Exit poll"da 2600 kadr iştirak edir. Əldə etdiyimiz ilkin məlumatlara görə, heç bir insident qeydə alınmayıb. Hər şey qaydasındadır".

VƏHML sədri vurğulayıb ki, tərəfdaşı olduğu şirkətlə bağlı axşam saatlarında keçirdikləri sorğunun nəticələrini açıqlayacaqlar.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 501 beynəlxalq və 63 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti