...

Belarusun MSK rəhbəri: "Düşünürük ki, seçkilər sakit şəraitdə keçəcək”

Seçki 2015 Materials 1 Noyabr 2015 09:54 (UTC +04:00)
“Azərbaycana gələn müşahidəçilər elə bir uğurlu ölkəyə gəliblər ki, burada vətəndaşlar fanatizm olmadan seçki gününü gözləyirlər”
Belarusun MSK rəhbəri: "Düşünürük ki, seçkilər sakit şəraitdə keçəcək”

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Azərbaycana gələn müşahidəçilər elə bir uğurlu ölkəyə gəliblər ki, burada vətəndaşlar fanatizm olmadan seçki gününü gözləyirlər". Bunu Trend-ə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina deyib.

"Mənə elə gəlir ki, şəhərdə seçkiqabağı təşvişat azdır, amma bu, namizədlərin özlərinin problemidir. Əgər seçiçilər bunu lazım bilmirlərsə, deməli, bu, normal seçkiqabağı şəraitdir. Mən və digər MDB ölkələrindən olan həmkarlarım düşünürük ki, seçkilər sakit şəraitdə keçəcək".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti