...

Rumıniya MSK sədri: Azərbaycanda seçkilər çox yaxşı təşkil edilib

Seçki 2015 Materials 1 Noyabr 2015 13:03 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib.
Rumıniya MSK sədri: Azərbaycanda seçkilər çox yaxşı təşkil edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Rumıniya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Razvan Çinka deyib.

Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərinin təşkili barədə çox yaxşı təəssüratları var: "Seçki komissiyalarının üzvləri məhz nə etməli olduqlarını bilirlər".

R.Çinka qeyd edib ki, Azərbaycanda təkrar səsvermənin qarşısını almaq üçün bütün tədbirlər görülür: "Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Gələcəkdə Rumıniyada tətbiq etmək üçün bu təcrübəni öyrənməyi istərdim".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti