...

Şirvanda seçici axını var

Seçki 2015 Materials 1 Noyabr 2015 16:13 (UTC +04:00)
Azərbaycanın hər bir yerində oldugu kimi 46 saylı Şirvan seçki dairəsində də parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb. Səhər saat 8:00-da bütün məntəqələr açılıb.
Şirvanda seçici axını var

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanın hər bir yerində oldugu kimi 46 saylı Şirvan seçki dairəsində də parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb. Səhər saat 8:00-da bütün məntəqələr açılıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədlərə səs verirlər.

Trend-in məlumatına görə, seçki dairəsində 33 məntəqə fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 40 min 596 nəfərdir. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün məntəqələrdə veb-kamera quraşdırılıb. 1, 5, 7, 8, 10, və 27 saylı seçki məntəqələrində exit-poll həyata keçirilir.

Dairə üzrə 6 nəfər deputatlığa namizəd qeydə alınıb. Məntəqələrdə səsverməni yerli müşahidəçilərlə yanaşı, xarici ölkələrdən olan müşahidəçilər də izləyir. Onların arasında Avropa ittifaqının müşahidəçiləri - Komskls Virqinijus, Zaqunis Povilas, eyni zamanda MDB-dən olan müşahidəçilərdən Qalina Valeevan və digərləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti