Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib. Bunu Trend-ə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib aparatının rəhbəri Sergey Burutin deyib.
S.Burutin bildirib: "Biz missiya üzrə həmkarlarımızla birlikdə Bakının müxtəlif məntəqələrində olduq. Regionlarda da missiyamız seçki prosesini izləyir".
S.Burutinin sözlərinə görə, seçki məntəqələrində ixtisaslı, yaxşı hazırlaşmış insanlar işləyirlər, seçicilər isə yaxşı əhavl-ruhiyyə ilə səs vermədə iştirak edirlər.
Komitə sədri əlavə edib ki, MDB müşahidəçilərinin məntəqələrdəki müşahidəçilərlə müzakirələrində kəskin iradlar səsləndirilməyib: "Əmin olduq ki, hər şey yaxşı təşkil olunub. Azərbaycanda seçkilərə ciddi hazırlıq görülüb".