...

Məzahir Pənahov: Seçici fəallığı ötən parlament seçkisindən təxminən 6 faiz çox olub

Seçki 2015 Materials 2 Noyabr 2015 01:31 (UTC +04:00)
Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55,7 faiz təşkil etdi.
Məzahir Pənahov: Seçici fəallığı ötən parlament seçkisindən təxminən 6 faiz çox olub

Azərbaycan, Bakı, 2 noyabr /Trend müxbir Elçin Mehdiyev/

Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55,7 faiz təşkil etdi. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, ötən parlament seçkisi ilə müqayisədə bu dəfə seçici fəallığı təxminən 6 faiz çox oldu: "Məntəqələr vaxtına açıldı və bağlandı. Veb-kameralar kəsilmədən sona kimi fəaliyyət göstərdi. Heç bir şikayət daxil olmadı. Müraciətlər, əsasən, məlumat xarakterli idi".

Onun sözlərinə görə, səsvermə günü MSK-nın "qaynar xətti"nə 150-yə qədər müraciət daxil olub ki, bunlar da texniki məsələlərlə bağlı olub.

Hazırda M.Pənahov siyahını açıqlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti