...

Rumıniyalı müşahidəçilər: Azərbaycanda parlament seçkiləri fəal, demokratik və şəffaf keçirildi

Seçki 2015 Materials 2 Noyabr 2015 18:21 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri sakit şəraitdə, fəal, demokratik və şəffaf keçirildi.
Rumıniyalı müşahidəçilər: Azərbaycanda parlament seçkiləri fəal, demokratik və şəffaf keçirildi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda parlament seçkiləri sakit şəraitdə, fəal, demokratik və şəffaf keçirildi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Rumıniya parlamentindən müşahidə missiyasının rəhbəri Adrian Miroslav Merka deyib.

Onun sözlərinə görə, hətta Avropa üçün nümunə ola biləcək innovasiyalar müşahidə edilib: "Məsələn, gözdən əlillərin səs verməsi üçün xüsusi əlifba üzrə şərait yaradıldı".

Rumıniya parlamentinin üzvü Liliana Çiobanu isə bildirib ki, nümayəndə heyətinin üzvləri Bakıya ilk dəfə gəlirlər: "Seçkilər normal, demokratik şəraitdə, insidentsiz keçirildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti