...

Əhalinin növbəti tibbi müayinələrdən keçiriləcəyi müddət açıqlandı

Gündəm Materials 2 Fevral 2018 10:43
Əhalinin növbəti tibbi müayinələrdən keçiriləcəyi müddət açıqlandı.
Əhalinin növbəti tibbi müayinələrdən keçiriləcəyi müddət açıqlandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan Prezidentinin tapşırığını rəhbər tutaraq 2018-ci il fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti