...

Gənc azərbaycanlı ixtiraçı "Forbes"in siyahısına düşdü

Gündəm Materials 27 Mart 2018 11:40 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın gənc ixtiraçısı Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.

Trend-in məlumatına görə, 15 yaşlı bu gənc qız Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir. Qeyd edək ki, ümumilikdə siyahıya 29 şəxsin adı daxildir.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edib. O, bu sammitə yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusu ilə qatılıb.

Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti