...

DİN Hüseyn Abdullayevin tutularaq Azərbaycana gətirilməsini təsdiqlədi

Gündəm Materials 23 Aprel 2018 12:11 (UTC +04:00)
Axtarışda olan sabiq deputat Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.
DİN Hüseyn Abdullayevin tutularaq Azərbaycana gətirilməsini təsdiqlədi

Bakı. Samir Əli - Trend:

Axtarışda olan sabiq deputat Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Abdullayev Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

Qeyd edək ki, 2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti