Bakı. Elçin Mehdiyev – Trend:
İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
A.Paşazadə din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıb. O qeyd edib ki, bu problem mövcuddur və bunun aradan qaldırılması ilə bağlı çağırışlar edilir: “Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram”.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.