...

Borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb

Gündəm Materials 28 May 2018 09:47 (UTC +04:00)
Mayın 26-dan 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb

Bakı. Trend:

Mayın 26-dan 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Natiq Cavadov,

əməkdaşı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti